Gürcüstan və Rusiya hökumətləri rus qoşunlarının Gürcüstan ərazisindən çıxarılması ilə əlaqədar cədvəl müəyyənləşdiriblər. Hər iki ölkənin müdafiə rəsmiləri razılığı Rusiyanın Qara Dəniz sahilində yerləşən Soçi şəhərində imzalayıblar. Sənəd ilin sonunadək Rusiya hərbi texnikasının Gürcüstandan çıxarılmasını nəzərdə tutur. Axalkalaki vilayətindəki bazadan çıxış 2007-ci ilin dekabrınadək, bütün ölkədən çıxış isə 2008-ci ilin sonunadək başa çatdırılmalıdır. Razılıqda Rusiya qüvvələrinin evakuasiyasının nəqliyyat detalları da əks olunur. Bu razılıq iki ölkə arasındakı qarşıdurmanın həll olunmasına yönəlib. Rusiya uzun müddətdir ki, Gürcüstanı çeçen separatçılarına sığınacaq verməkdə günahlandırır. Gürcüstan isə öz nöbvbəsində Rusiyanın sərhədə mükəmməl nəzarət edə bilməməsindən gileylənir.