İraqda üç aydır girov götürülmüş amerikalı jurnaslit Cill Karol azad edilib.

İraqda üç aydır girov götürülmüş amerikalı jurnaslit Cill Karol azad edilib. İraq televiziyasına müsahibə verən Karroll girovdalarının onunla yaxşı rəftar etdiyini deyib. O heç vaxt hədələnmədiyi və döyülmədiyini bildirib. İraq polisi amerikalı jurnalistin naməlum qrup tərəfindən bu gün Bağdadda azad edilərək, sünnü ərəb partiyası olan İraqın islam partiyasının ofisinə təhvil verildiyini bildirib. ABŞ Dövlət katibi Kondoliza Rays Karolun azad olunması xəbərini böyük sevinc hissi ilə qaşılanmış, prezident BUş onun sağ-salamat olmasına görə sevindiyini bildirmişdir. Dubayda yerləşən Əl ərəbiyyə tele-şirkətinin məlumatında deyilib ki, şirkətin Amerikanın müxbirləri Keti karolla müsahibə keçiriblər. Cill Karroll yanvar ayının 7-i Bağddada girov götürülmüşdü. Onun iraqlı tərcüməçisi isə öldürülmüşdü. özlərini qisas briqadası adlandıran girovdar bütün qadın məhbusların azdalığa buraxılmasını tələb edirdi.