Rusiyada irqi zəmində hücumlar davam edir

Rusiya polisi bildirir ki, valideynləri afrikalı və rus olan 9 yaşlı qıza irqi zəmində hücum olmuşdur. Sankt Peterburq şəhərinin prokuroru Sergey Zaytsev dünən edilən bu hücumun ola bilsin ki, şovinizm mativlərindən irəli gəldiyini deyib.

Atası Malidən, anası isə rus olan qızın xəstəxadada olduğu və vəziyyətinin sabit olduğu bildirilir. İnterfax Xəbərlər Agentliyi rəsmilərə əsaslanaraq iki nəfərin şübhəli bilindiyini xəbər verir.

Qeyd edək ki, iki il bundan əvvəl Sankt Peterburqda bir Tacik qız da irqi zəmində qətlə yetirilmişdi.