Çin quş qripinin təhlili üçün nümunələr verməkdən imtina edir

Dünya Səhiyyə Təşkilatının rəsmiləri Çinin ərazisində heyvanlarda quş qripinin müəyyən edilməsi üçün 20 nümunə verəcəyini gözləyirlər. Təşkilatın bu bəyənatı Pekinlə mövcud olan qarşıdurmadan sonra verilir. Belə ki, Çin quş qripinə qarşı qlobal mübarizə məqsədi ilə heyvanlardan nümunələr götürülməsinə imtina edir.

Dünya Səhiyyə Təşkilatının rəsmiləri aylardır ki, danışıqlar apararaq Çinin Kənd Təsərrüfatı Nazirliyindən canlı heyvanlardan təhlillər üçün nümunələr verməsini istəyirlər. Səhiyyə rəsmiləri bu mübahisələri Çinin öz tədqiqatlarından əl çəkməməsi ilə izah edirlər. Çin alimlərini özlərinin və vətənlərinin etibardan salınacağı qorxudur. Səhiyyə rəsmiləri Çinin bu hərəkətini H5N1 virusuna qarşı peyvəndlərin inkişaf etdirilməsinə maneə kimi qiymətləndidirlər. Çin rəsmiləri gələn bir neçə həftə ərzində 20 canlı heyvandan bu nümunələri vermək kimi bir öhdəliyə malikdir.

Umumdünya Səhiyyə Təşkilatı 2003-cü ildən etibarən 184 insanda quş qripinin müəyyən edildiyini təsdiq edib. On nəfəri Çində olmaqla bütün dünyada bu virusdan 103 adamın dünyasını dəyişdiyi bildirilir. Ən yüksək göstəricilərə isə İndoneziya və Vyetnam malikdir.