Azərbaycanda beş nəfərin quş qripindən öldüyü təsdiq edilib

Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, Azərbaycanda 5 nəfərin H5N1 quş qripi virusundan vəfat etdiyi təsdiq edilib. Təşkilat ölənlərin 4-nün Azərbaycanın cənub-şərq rayonlarından olduğunu bildirir. Son təsdiq 2003-cü ildən etibarən dünyada quş qripi səsəbilə ölənlərin sayını 103-ə yüksəldir.

Misir rəsmiləri ölkədə üçüncü quş qripi halının qeydə alındığını deyirlər. Xatırladaq ki, Misirdə artıq bir qadının bu virus səbəbilə öldüyü təsdiq edilmişdi. Bu gün Pakistanda virusun aşkar edilyiyi xəbər verilib.