Belarusda Aleksandr Lukaşenokonun üçüncü dönəm hakimyyətə gələcəyi gözlənilən seçkilər keçirilir

Exit pollar hazırkı prezident Aleksandr Lukaşenkonun prezident seçkilərində səslərin 80-dən çox faizini qazandığını göstərir. Müxalifət səsvermə məntəqələri bağlandıqdan sonra hökumətin seçki pozuntularına etriaz olarq, yürüş keçirməyə çağırır. Amerikanın Səsinin müxbiri Bil Qasperini məlumat verir ki, Belarus hökuməti dinc olmasa, nümayişi dağıdacağına söz verib. Belarusun əsas müxalifət lideri Aleksandr Minkeviç seçkilərdə üçüncü dəfə ölkə prezidenti seçilmək istəyən prezident Aleksandr Lukaşenkoya məğlub olacağını əvvəlcədən bildirib. O deyir ki, dövlətin nəzarəti altında olan media azad seçkilərin keçirilməsini qeyri-mümkün edib.
Onun sözlərinə görə, insanlar televiziyada yalnız prezidenti görür və yalnız onun namizəd olduğunüu düşünürlər. Prezident Lukaşenkonun tərəfdarları seçki orqanları və mediayay nəzarət edirlər. Son həftlər müxalifətin onlarlar üzvü həbs edilmişdir.
Qərb ölkələri seçkilər azad olmasa, Aleksandr Lukaşenkoya qarşı yeni sanksiyaları nəzərdən keçirəcəklərini bildiriblər.