Serblər Miloşevicə son ehtiramlarını bildirir

Yuqoslaviyanın sabiq prezidenti Slobadan Miloşeviçin tərəfdarları bu gün bu gün ona son ehtiramlarını bildiriblər. Miloşeviçin böyük portreti kommunist erasından qalmış muzeydə asılmışdır. Miloşeviçin Sosialist Partiyası cənazənin şənbə günü vətəni Pozarevatsda torpağa tapşırılanadək muzeydə qalacağını bildirib. Milişeviçin dəfni dövlət səviyyəsində keçirilməyəcək.