Əl Qaida Səudiyyə Ərəbistanındakı ən iri neft kəmərini partlatmaq cəhdinin məsuliyyətini üzərinə götürüb

Əl Qaidanın internet səhifəsinə qoyulmuş bəyanatda terror şəbəkəsi cümə günü Səudiyyə Ərəbistanının şərqində ən iri neft mədənini partlatmaq cəhdi üçün məsuliyyəti öz üzərinə götürüb. Əl-Qadinın mesajında hücumçular müqəddəs döyüşçü kimi qiymətləndirlir və bildirilir ki, bu cür əməliyyatlar kafirlərin Ərəb yarımadasından çıxarılmasına xidmət edir.

Səudiyyə rəsmiləri deyirlər ki, hücumun qarşısı keşikçilərin terrorçularla dolu iki avtomaşına atəş açması ilə alınıb. Hadisə nəticəsində iki polis və iki terrorçu ölüb.

Amerikanın Riyaddakı səfiri Ceymz Obervetter Səudiyyə təhlükəsizliik qüvvələrini alqışlayaraq son zamanlar krallığın təhlükəsizliyi peşəkarlıqla gücləndirdiyini qeyd edib. Səudiyyə hökuməti deyir ki, partlayış mədənin fəaliyyətinə təsir göstərməyib. Bununla belə neftin barrelinin qiyməti cümə günü 2 dollar artıb.