Həmasın gündəliyində  İsraillə sülh danışıqları yer almayacaq

Həmas qrupu İsraili tanımaqdan itmina edib və İsrailin işğalçılıq siyasəti davam etdiyi bir vaxt o ölkə ilə danışıqların gündəliyinə salınmayacağını bildirib. Bu gün İordan çayının qərb sahilinin Ramallah şəhərində yeni Qanunveriçi Şurasının üzvlərinin and içərək vəzifələrinə başlamasından sonra prezident Mahmud Abbas Qanuveriçi Şurada əksəriyyət təşkil edən Həmas qrupunu yeni hökumətin təşkili və İsraillə sülh prosesinə hörmət göstərməyə çağırıb. Lakin Həmasın yüksək vəzifəli liderləri İsraili tanımaqdan boyun qaçırıblar. Amma Qanunveriçi Şurasının açılış sessiyasında çıxış edən Həmas lideri İsmayıl Həniyəh deyib ki, qrup bu məsələ barədə prezident Mahmud Abbas ilə uzlaşma əldə etmək üçün onunla birgə işləməyə çalışacaq. İsrail bildirir ki, bazar günü fələstinlilərin iş üçün İsrailə gəlmələri daxil edilməklə. onlara qarşı yeni məhdudiyyətlərin tətbiqi məsələsini müzakirə edəcək. Bu arada Birləşmiş Ştatların Dövlət Katibi Kondoliza Rays deyib ki, amerikalılar Fələstin hökumətinə başçılıq edən Həməsə yardım göstərməyəcək. lakin Amerika BMT programı çərçivəsində fələstinlilərə tibbi yardım daxil edilməklə humanitar yardım göndərəcək.