Prezident Buş Ağ Evdə İordaniya kralı Abdulla ilə görüşüb

ABŞ prezidenti bildirib ki, İordaniya monarxı ilə son iki gün səmərəli görüşlər zamanı İraq, İran və Fələstin əraziləri kimi məsələlər müzakirə olunub. Kral Abdulla müzakirələri səmərəli adlandıraraq, cənab Buşun Yaxın Şərqdə sülh və sabitliyin inkişafına nail olmaq səylərini qiymətləndirdiyini bəyan etmişdir. Dövlət başçıları Məhəmməd Peyğəmbərin karikaturalarının Avropa qəzetlərində nəşrinə etiraz əlaməti olaraq, zorakı aksiyaları qınamış və eyni zamanda, bütün dinlərə hörmət edilməsinə çağırmışlar.