Gürcüstan Rusiya qüvvələrini tənqid edir

Gürcüstan parlamentinin spikeri Nino Burcanadze Rusiyanın sülhməramlı qüvvələrini tənqid edərək, onların Cənubi Osetiya regionunda vəzifələrini yerinə yetirmədiyini deyib. Xanım Burcandze qüvvələri insan hüquqlarına riyət etməməkdə və regionda hərbi təchizat yerləşdirməkdə günahlandırıb. Qeyd edək ki, spiker çıxışını parlamentin sülhməramlı qüvvələrin öhdəlikləri ilə bağlı debatları zamanı edib. Gürcüstan rəsmiləri bildirirlər ki, debatların məqsədi Rusiya qüvvələrinin regiondan çıxarılması deyil, onların öz mandatlarına əməl etməsindədir.