Quş qripi virusu Kipr adasında da qeydə alınıb

Avropa Komissiyanın bildirdiyinə görə, öldürücü H5N1 virusu Kipr adasının şimalında da qeydə alınıb. Komissiyanın hesabatında deyilir ki, virus ölü quşlarda aşkar edilib. Kirp adasında artıq şimaldan gələn avtomobillərin dizinfekisyası həyata keçirilir. Eyni zamanda Honq Kong bildirib ki, H5N1 virusu ilə daha bir ölü quş aşkar edilib. Rəsmilər zəhərli quşun Çinlə sərhəd bölgədə tapıldığını deyirlər.