Katovitsedə damın uçması nəticəsində ölənlər və yaralananlar var

Polşanın prezidenti Lex Kaczinski Polşanın cənubundakı Katovitse şəhərində sərgi mərkəzinin damının yıxılması nəticəsində 66 nəfərin həlak olduğunu elan edib. Dünən axşam baş verən hadisə nəticəsində 141 adam xəsarət alıb. Polşanın səlahiyyətli nümayəndələrinin bildirdiyinə görə, şaxtalı hava şəraiti insanların sağ qaldığı ehtimalını azaltsa da, xilasetmə əməliyyatları davam etdirilir. Prezident ölkədə matəm elan edib.