Rusiyanın mühəndisləri Gürcüstana təbii qaz nəql edən kəmərdə bazar günü baş vermiş partlayışdan sonra aşağı hava temperaturu və güclü küləklərin əsdiyi bir şəraitdə təmir işlərini davam etdirməyə çalışır.
Fövqəladə Vəziyyətlər Nazirliyinin rəsmilərinin bildirdiyinə görə, əsas məqsəd təmir işlərini bu gün başa çatdırmaqdan ibarətdir. Bununla belə, onlar qaz təchizatının nə zaman bərpa olunacağını deməkdə çətinlik çəkir. Gürcüstan ölkənin qazla təmin edilməsi üçün bu arada İranla danışıqlar aparır.