Səhiyyə rəsmilərinin bildirdiyinə görə, Türkiyədə dünən 12 yaşlı qızın ölümünə quş qripinin səbəb olduğu təsdiq edilib. Verilən məlumata əsasən Türkiyədə H5N1 vurusu səbəbi ilə 4 uşaq dünyasını dəyişmiş, 16 adam isə bu virusa yoluxmuşdur. İndoneziya rəsmiləri quş qripinin 13 yaşlı bir qızın vəfatına yol açdığını bildiriblər. Beləliklə İndoneziyada indiyədək 12 adam bu xəstəliyin qurbanı olur. İsrail həkimləri Şərqi Qüdsdə bir kişinin müayinə altında olduğunu deyirlər. Bu, İsraildə ilk hadisə ola bilər. Xəstəliyin yayılma təhlükəsi artıdıqca, Dünya Bankı quş qripi ilə mübarizə məqsədi ilə bir milyard dollara ehtiyac olduğunu bildirir. Sabah Pekində açılacaq qlobal konfransda inkişaf etmiş ölkələrdə virusun yayılmasına mane olunması diqqət mərkəzində yer alacaq.