İsrail hökuməti Şərqi Qüdsdə yaşayan ərəblərə Fələstin Muxtar İdarəsinin Qanunveriçi Şurasına seçkilərdə iştirak etməyə icazə verməklə səsvermənin yanvarın 25-də keçirilməsinə şərait yaradıb. İsrail kabineti bu gün keçirdiyi yığıncağında bu qərarı yekdilliklə təsdiq edib. Müvəqqəti baş nazir Yehud Olmert deyib ki, İsrailin vəziyyəti Həmas yaraqlı qrupu namizədlərinin Şərqi Qüdsün seçkilərində iştirakına imkan vermir. İsrail hökuməti seçici bülletenləri və Həmas qrupunun təbliğatını yayan materialların Qüdsdə yayılmasını qadağan edib.
İsraildə bir sıra intiharçı hücumları həyata keçirən Həmas qrupunun Fələstin Qanunveriçi Şurasında bir neçə yer əldə edəcəyi gözlənilir. Qrup keçən mart ayında İsrailin hədəflərinə hücum etməmək barədə söz vermişdi. İsrail bundan əvvəl bildirmişdi ki, Həmas yaraqlı qrupun namizədləri seçəkilərdə iştirak etsə, o, Şərqi Qüdsdün seçicilərinə səsvermədə iştirak etməyə icazə verməyəcək. Fələstin prezidenti Mahmud Abbas isə xəbərdarlıq etmişdi ki, Şərqi Qüdsün seçicilərinə seçkilərdə iştirak etmələrinə icazə verilmədiyi təqdirdə o, seçkiləri ləğv edəcək.