Həlak olan mədən işçilərinin xatirəsi anılıb

Qərbi Virciniya ştatında daş kömür mədənində baş verən partlayış zamanı həlak olan 12 şaxtaçının xatırəsi anılıb. 200-ə yaxın adam Baptist kilsəsi qarşısında anım mərasimi təşkil edib. Mərasimdə iştirak edənlərin hər biri ürək sözünü bildirib. Bunların əksəriyyəti həlak olanların ailə üzvləri, qohumları və dostlarıdır. Xatırladaq ki, şaxtaçılar 78 metr dərinliyi olan mədəndə bazar ertəsi baş verən partlayışdan sonra ilişib qalmışdı. Onlardan yalnız biri xilas edilmişdir. 26 yaşlı Randal McKloy dehidrasiya, əzilmiş qara və ağ ciyərləri, ürək, böyrək problemləri ilə ağır vəziyyətdədir.