Hindistanda 12 adamın öldürülməsinə etiraz edilir

Hindistanın qərbi Orissa ştatında yüzlərlə adam polislə qarşıdurma zamanı 12 adamın öldürülməsinə etiraz olaraq maqistral yolunu bağlamışlar. Əllərində yay və ox tutan nümayişçilər dünən polad zavodunun inşasına etiraz edən nümayişçilərlə polis arasında toqquşma baş verən yerə toplamışlar. Səlahiyyətli nümayəndələr polisin oxlarla hücuma keçən nümayişçiləri atəşə tutduğunu deyirlər. Toqquşma zamanı bir polis işçisi öldürülüb.