ABŞ prezidentinin göstərişi ilə bağlı təhqiqata cağırılır

ABŞ prezidenti Corc Buşun telefon söhbətlərinə qulaq asılması göstərişi ilə bağlı mübahisələr davam edir. “Vaşinqton Post” qəzetinin yazdığına görə, federal hakimlərdən biri Ceyms Robertson prezidentin göstərişinə etiraz olaraq vəzifəsindən istefa verib. Kapitoliya binasında isə Buş administrasiyasının prezidentin planının demokratlar tərəfindən dəstəkləndiyinə dair iddiaları daha bir qalmaqala yol açıb. Buş administrasiyası prezidentin heç bir qanunu pozmadığını və Konqresin buna etiraz etməyə imkanı olduğunu bildirir. ABŞ-ın 5 senatoru hazırda prezidentin səlahiyyətlərindən sui-istifadə etdiyinə dair təhqiqata çağırıb.