Əndican hadisələri ilə bağlı məhkəmələr başlayıb

Özbəkistan hökuməti may ayında Əndican şəhərində baş vermiş qanlı hadisələrlə əlaqədar yeni bağlı məhkəmələr seriyasına başlayıb. Özbəkistan Ali Mhkəməsinin verdiyi məlumata əsasən 78 mülki vətəndaş terrorçuluq ittihamları ilə üzləşir. 36 polis işçisi isə qiyamın qarşısını ala bilməməkdə günahlandırılır. Son iki ayda Özbək məhkəmələri tərəfindən 73 nəfər 22 ilədək azadlıqdan məhrum edilib. Müttəhimlər konstitutsiyanı pozmaq, qətl və terrorçuluq maddələri üzrə məhkum edilmişlər. Özbək rəsmiləri keçirilən məhkəmələrə insan hüquqları qruplarını buraxmamış və Əndicanda baş verənlər üzərində beynəlxalq təhqiqatın aparılmasını rədd etmişlər.