Maraya Kəri vəHollivud

2001-ci ildə Maraya Kəri Hollivudla yarışa girdi, amma Hollivud qalib çıxdı. Kərinin baş rolda çəkildiyi Qlitter filmi fəlakətə üğradı. Film tənqidçiləri onu kəskin tənqid atşəinə tutdular, filmsevərlər isə Qlitterə baxmaqdan imtina etdilər. Məhz bu hadisədən sonra Kərinin həyatında baş veərnlər yəqin ki, daha yaxşı film mövzusu olardı. Qısa bir zamanda pop ulduzu psixoloji depressiyaya düşdü və bir ilin içərisində Virgin Rekords səsyazma şirkəti onunla kontraktı ləğv etdi. Bazar günü isə Maraya Kəri göstərdi ki, o, yenidən ayaqdadır. Belə ki, Kərinin Miminin azad lığa çıxması adlı CD-si Şimali Amerikada ilin ən çox satılan albomlarından biridir. Maraya deyir ki, o yoxsulluqda keçmiş uşaqlıqdan bəri heç zaman ümidini itirən adam olmayıb. Və bu xarakter ona özünü yenidən toparlamağa imkan verdi. Müğənninin “Bizi Unutma” adlı son mahnısı isə hazıra Milad mövsümü ilə əlaqədar start götürmüş mahnı yarışlarında hamıdan öndə gedir.