Kondoliza Rays bu həftə Avropaya edəcəyi səfər zamanı gizli Amerika həbsxanalarını həmkarları ilə müzakirə edəcək

Ağ Ev bildirir ki, ABŞ Dövlət Katibi Kondoliza Rays bu həftə Avropaya edəcəyi səfər zamanı gizli Amerika həbsxanalarını həmkarları ilə müzakirə edəcək. Bu gün FOX televziya kanalına veridiyi müsahibədə Milli Təhlükəsizlik məsələləri üzrə müşavir Steven Hadley terrorçu şübhəlilərin xarici işgəncəyə məruz qalmaq üçün göndərilməsi haqda deyilənləri rədd edib. O, bildirib ki, məhbuslarla rəftar Amerika qanunlarına və beynəlxalq konvensiyalara cavab verir. Bununla belə müşavir Mərkəzi Kəşfiyyat İdarəsinin Avropada gizli məhbəslər saxlaması haqda xəbəri nə təsdiq nə də təkzib edib.