ABŞ hərbiçiləri onlara qarşı irəli sürülən ittihamı rədd edirlər

Birləşmiş Ştatların Əfqanıstandakı hərbiçiləri müharibə qaydalarını pozaraq iki nəfər Taliban döyüşçüsünün cəsədlərini yadırdıqları barədəki ittihamı rədd edirlər. Birləşmiş Ştatların Əfqanıstandakı hərbi qüvvələrinin general-mayoru Ceyson Kemiya hərbiçilərin cəsədlərin qiqiena məqsədi ilə yandırıldığını deyib. Lakin o, İslam dinində cəsədi yandırma qadağan edildiyinə görə, cəsədlərin yandırılmasına göstəriş verən iki zabitə xəbərdarlıq verildiyini bildirib. Qeyd edək ki, ilk dəfə Taliban döyüşçülərinin yandırılması barədə xəbər Avstraliya televiziyası ilə yayımlanmışdı.

Başqa bir xəbərdə isə dünən Əfqanıstanda yol kənarına yerləşdirilmiş bomba partlayışı nəticəsində yarlanan dörd İsveç əsgərindən birinin öldüyü, üçünün vəziyyətinin ağır olduğu bildirilir.