İraq prezidenti müxalifətlə danışıqlara hazır olduğunu bildirib

İraq prezidenti Cəlal Təlabani müxalifət üzvləri və Səddam Hüseynin Bəs partiyasının üzvləri ilə danışıqlara hazır olduğunu bildirib. Bu gün Qahirədə təşkil edilən konfransda prezident Təlabani deyib ki, İraq hökuməti Amerika və İraqın hökumət qüvvələrinə hücum edənlərlə görüş istisna edilir. İraqın dövlət başçısı bəzilərinin müqavimətçi adlandırdığı şəxslərlə hələ təmas qurulmadığını deyib. Bununla yanşı, bu gün İraqın Bəsrə şəhərində yol kənarına yerləşdirilən bomba partlayışı bir Britaniya əsgərinin ölümü, digər 4-nün yaralanmasına səbəb olub.