K.Raysın Yaxın Şərq səfəri uzadılır

Birləşmiş Ştatların dövlət katibi Kondoliza Rays İsrail və fələstinlilərin Qəzza zolağı və Misir arasında sərhədin açılması məsələsində razılığa yaxın olduğunu bəyan edib. İsrail və fələstinlilərin liderlərilə görüşən xanım Rays məsələnin həlli istiqamətində inkişaf əldə olunması üçün Yaxın Şərqə səfərinin müddətini uzadıb. Kondoliza Rays deyib ki, Rəfah keçid məntəqəsinin açılışı Qəzzada yaşayan fələstinlilərin azad şəkildə sərhədi keçə bilməsinə imkan yaradılması üçün zəruridir. Xanım Rays Yaxın Şərqdə sülhə nail olmaq üçün beynəxalq ictimaiyyət tərəfindən dəstəklənən “Yol xəritəsi” adlanan plan üzrə danışıqların dayanması ilə bağlı narahatlıqlara toxunub.