İraqda 37 yaraqlı öldürülüb

ABŞ və İraq qüvvələrinin Fərat çayı vadisindəki hərbi əməliyyatları nəticəsində 37 yaraqlının qətlə yetirildiyi xəbər verilir. Amerika hərbiçilərinin məlumatına görə, koalisiya qüvvələrinin hava hücumları zamanı Suriya sərhədləri yaxınlığındakı Obeydi şəhərində 5 bölgə hədəf alınmışdı. Qeyd edək ki, bugünkü hücumlar keçən həftədən qüvvədə olan “Polad pərdə” əməliyyatının bir hissəsidir. Eyni zamanda Bağdadda yol kənarına yerləşdirilən bomba partlayışı iki Cənubi Afrika Respuiblikasının vətəndaşının ölümünə səbəb olub. Hadisə İraq hökuməti və Amerika hərbiçilərinin baş qərargahları və bir sıra xarici missiyaların yerləşdiyi “Yaşıl zona” yaxınlığında baş verib.