ABŞ-ın dövlət katibi Səudiyyə rəsmiləri ilə görüşdü

Birləşmiş Ştatların dövlət katibi Kondoliza Rays Amerikanın Körfəz müttəfiqləri ilə yeni starteji danışıqlarda iştirak etmək üçün bu gün Səudiyyə rəsmiləri ilə görüşüb. Danışıqlar əsasən İraq, terrorizmlə mübarizə və İsrail-Fələstin münaqişəsinə həsr edilib.

Birləşmiş Ştatların İraqdakı fəaliyyətlərinə Səudiyyənin münasibəti barədə strateji danışıqların başlanması qərarına bu ilin əvvəlllərində gəlinmişdi. Burada məqsəd rəsmi Riyadın Amerikanın İraq siyasəti haqda mövqeyini dinləmək idi. Sentyabr ayında “İraqda müharibəni başlamaqda məqsəd oranı darmadağın etmək idi”- kimi iradla çıxış edən Səudiyyə Ərəbistanının xarici işlər naziri Səud Əl Feisəl xanım Raysla birlikdə keçirdikləri mətbuat konfransında İraqda vətəndaş müharibəsinin başlamasından ehtiyat etdiyini bildirdi. O eləcə də, İraqın müharibədən sonra bərpası üçün ölkəsinin bir milyard dollar ayıracağı barədə vədini də təsdiq etdi. Səudiyyə Ərəbistanının xarici işlər naziri onun hökumətinin Buş administrasiyasının İsrail-Fələstin sülh razılığını və terrorizmlə mübarizəni dəstəklədiyini bəyan edib. Nazir Yaxın Şərqdəki cərəyan edən konflikt Ərəb dünyasında əsasən də gənclərin terror aktları törətməsinə bəhanə verdiyi qeyd etdi. O dedi: “Əlbəttə, İsrail-Fələstin konflikti terroristlərə bu məsələ barədə tam məlumatı olmayan və hələ də formalaşmasına illər tələb olunan gənclərin hansısa terror actını həyata keçirməsinə kömək edir. Terrorizm heç bir şəraidə bağışlanmazdır. Lakin o, bu işlərə bəzən haqq qazandırır və yeni terrorçuların cəlb edilməsinə şərait yaradır. Bu fakt olaraq qalır və biz bunu aradan qaldırmaq üçün əlmizdən gələni etməliyik.”

Xanım Rays isə Birləşmiş Şatalrın terrorizmlə mübarizəni Yaxın Şərqdə regionlarda və partiyalarda sülh yaratmaq üçün etdiyini dedi. Suriya məsələsinə gəldikdə isə xanım Rays, onun sözləri ilə desək, “rəsmi Dəməşqin indiyədək atdığı addımları qənaətbəxş deyil və Suriya beynəlxalq təhqiqatçılarla tam əməkdaşlıq etməlidir”.