İran yeni təklifi nəzərdən keçirəcəyini bildirib

İranın nüvə məsələləri üzrə danışqlar aparan heyətinin başçısı uranın xaricdə zənginləşdirilməsi ilə bağlı beynəlxalq ictimaiyyətin irəli sürdüyü təklifin nəzərdən keçiriləcəyini söyləyib. Rəsmi İRNA xəbərlər agentliyi Əli Laricaniyə istinadən bildirir ki, rəsmi Tehran uranın ölkə daxilində zənginləşdiriməsini mühüm hesab edir. Amma bunun İranın xaricində edilməsi təklifini araşdıracaq. Diplomatlar deyirlər ki, ABŞ və Avropa Birliyi Tehrana nüvə yanacağının əldə edilməsi üçün tələb olunan prosesin ilkin mərhələsini həyata keçirməyə icazə verəcək güzəşt təklifinə hazırdırlar. Təklifə əsasən uran zənginləşdirilməsi Rusiyada həyata keçirilməlidir. Lakin ABŞ-ın dövlət katibi Kondoliza Rays öz ölkəsinin bu danışıqlarda iştirak etmədiyini bəyan edib.