Pakistanda 6 adam öldürülüb

Pakistan polisinin bildirdiyinə görə, Əfqanıstanla sərhəd bölgədə yerləşən Şimali Vəziristan vilayətində baş verən bomba partlayışı 6 adamın ölümünə səbəb olub. Səlahiyyətili nümayəndələr əldəqayırma bombanın bu gün səhər bir evdə partladığını bildirib. Polis kimlikləri hələ müəyyən edilməyən qurbanların xarici vətəndaşlar olduğunu təxmin edir. Xatırladaq ki, Amerikanın başçılığı altındakı hərbi qüvvələr tərəfindən Əfqanıstandan sıxışdırılıb çıxarılan Əl-Qaidə və Taleban rejimi qalıqlarının Pakistanın bu qəbilə regionunda sığınacaq tapdığına dair şübhələr mövcuddur.