Ramazan bayramı zorakılıqlarla nəticələnib

İraqda Ramazan bayramı zorakılıqlarla müşayət olunub. Şiələrin bu gün qeyd etdiyi Eyd Əl Fitr bayramı mərasimində iştirak edənlərə hücum nəticəsində azı 11 nəfər qətlə yetirilib. Bağdadın şimalındakı Baqubanın yaxınlığındakı Bahriz yaşayış məntəqəsindəki polis məntəqəsinə silahlı bir şəxs hücum edərək altı nəfər polis zabitini qətlə yetirmiş, on nəfəri isə yaralamışdır. Kərkük yaxınlığındakı Tuz Xormatoda isə yol kənarına yerləşdirilmiş bombanın partlaması nəticəsində beş İraq əsgəri həlak olmuş, dörd əsgər isə yaralanmışdır.