Prezident Buş argentinalı həmkarı ilə görüşdü

Birləşmiş Ştatlar prezidenti Corc Buş 34 ölkə nümayəndələrinin iştirak edəcəyi Amerika dövlətlərinin Mar del Platada təşkil edilən dördüncü sammitindən əvvəl Argentina prezidenti Nestor Kiçnerlə görüşmüşdür. Görüşdən sonra verdiyi bəyənatında Birləşmiş Ştatlar prezidenti argentinalı həmkarınin iqtisadiyyat sahəsindəki inkiaşflarını yüksək qiymətləndirmişdir. Cənab Buş hər iki ölkənin demokratiyaya inandığını və demokratik təsisatların müdafiəsinin vaciblibyini vurğulayıb. Prezident Buşun və onun həmkarlarının iştirak edəcəyi sammitin keçiriləcəyi Mar del Plataya yeddi mindən artıq təhlükəsizlik qüvvəsi yerləşdirilib. Bu gün İraq müharibəsi və Buşun beynəlxalq iqtisadiyyat siyasətinin əleyhinə olan on minlərlə nümayişçi Mar del Platada nümayişə çıxmışdır. Bundan əvvəl cənab Buş Mərkəzi Amerikanın Azad Ticarət müqaviləsini imzalayan Kosta Rika, El-Salvador, Qvatemala, Honduras, Nikaraqua və Dominikan Respublikasının liderləri ilə görüşmüşdü. Arqentinada ikən prezident Buş Şimali, Mərkəzi və Cənubi Amerika dövlətlərini əhatə edəcək azad ticarət razılığı ilə bağlı müzakirələrin başlanmasına çağırmalıdır.