Prezident Buş quş qripi epidemiyasına qarşı hazırlığa çağırıb

Prezident Buş Amerika Birləşmiş Ştatlarının mümkün quş qripi epidemiyasına hazırlıq məqsədilə Konqresdən 7,1 milyard dollar məbləğində vəsait ayırmasını istəyib. Vaşinqton yaxınlığındakı Milli Səhiyyə İnstitutunda çıxış edən cənab Buş ABŞ-da və onun xaricində epidemiyanın yaxınlaşmasına işarələrin olmadığını bəyan edib. Birləşmiş Ştatlar prezidenti xəbərdarlıq edib ki, insanlar ölümcül quş qripi virusuna yoluxa bilər və indi hazırlıq görmək vaxtıdır. Prezident Buş hökumətin qripə qarşı peyvənd və dərman ehtiyatı yaratmaq, ilkin yoluxma hallarının ən tez bir zamanda aşkar edilməsi və amerikalıları qripin yayılmasının qarşısını almaq məqsədilə maarifləndirilməsini nəzərdə tutan strategiyanın əsas müddəalarını açıqlamışdır. Cənab Buş dünya miqyasında yoluxma hallarının aşkar erildməsi səylərinə artıq dnüyanın 88 ölkəsinin qoşulduğunu bildirmişdir. Prezident Buş həmçinin demişdir ki, Birləşmiş Ştatlar hər bir amerikalının qripə qarşı peyvənd ala bilməsi məqsədilə tibbi texnologiyaları təkmilləşdirməlidir.