Ağ Ev yeni təklif irəli sürür

Ağ Ev Birləşmiş Ştatların nəzarəti altında saxlanılan məhbuslara qarşı təzyiqləri qadağan edən qanunun Mərkəzi Kəşfiyyat İdarəsinin işçilərinə şamil edilməməsini təklif edir. Mərbuat xəbərlərində bildirilir ki, vitse-prezident Dik Çeyni və Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Porter Goss senator Con Makkeynlə görüş keçirmişlər. Xatırladaq ki, senator Makkeyn özü Vyetnam müharibəsi zamanı müharibə əsiri olub. Bu ayın əvvəllərində Senatda Birləşmiş Ştatların nəzarəti altında saxlanılan məhbuslara qarşı qeyri-insanı, qəddar və alçaldıcı davranışı qadağan edən qanun yekdilliklə qəbul edilmişdi.