ABŞ-ın müdafiə naziri Litvadadır

Birləşmiş Ştatların müdafiə naziri Donald Ramsfeld Asiyanın Çin, Cənubi Koreya və Monqolustan dövlətlərinə etdiyi səfərindən sonra dünən Litvanın paytaxtı Vilnyusa gəlib. ABŞ-ın müdafiə naziri Donald Ramsfeldin Litvaya səfərinin məqsədi NATO-nun orada keçirəcəyi iki günlük yığıncaqda iştirak etməkdir.

Cənab Ramsfeld Asiyadan Avropaya gedən zaman təyyarədə verdiyi müsahibəsində Çinin hərbi qüdrətini artırdıqca dünyada nüfüzdan düşmək təhlükəsi olduğunu bildirib. Müdafiə naziri Ramsfeld deyib ki, Çinin sürətlə silahlanması bu ölkənin iqtisadiyyatını inkişaf etdirmək istəyi ilə uzlaşmır. O deyib ki, Çinin dünyadakı iqtisadi əlaqələri çox aqressivdir və bu da çinlilərin azad iqtisadiyyat və açıq cəmiyyətlə təcrübələrini genişləndirir. O, Çin liderlərinin bu məsələni qaydasına salmadığı təqdirdə daxili məsələlər olan iqtisadi və dövlət strukturlrında, eləcə də şəhərlərarası iqtisadi inkişafda və regional etnik məsələlərdə bərabərsizliklə üzləşə biləcəyini deyib. Cənab Ramsfeld Çinə Birləşmiş Ştatların maraqları üçün təhlükə yaradan hərbi qüvvəsini artırmağı dayandırmasını tövsiyə edib.

Mətbuatla görüşü zamanı cənab Ramsfeld eləcə də Cənubi Koreyaya və Monqolustana etdiyi səfərindən də söhbət açdı. O, Cənubi Koreyanın inkişaf edərək müasir bir dövlətə çerildiyini və bu dövlətin artıq təhlükəsizliyə daha çox cavabdeh olmağa hazır olduğunu deyərək, bunu düzgün kurs adlandırdı. Eyni zamanda cənab Ramsfeld Monqolustanın Birləşmiş Ştatların İraqda və Əfqanıstanda apardığı hərbi əməliyyatlarını qiymətləndirdiyini, Monqolustana ilk səfərindən məmnun olduğunu bildirdi.