ABŞ-da evlərə tələbat böyükdür

Ötən ay Birləşmiş Ştatlarda ev tikintisi 3.4 faiz artıb. Ticarət Departamentinin bu gün açıqladığı hesabatda bildirilir ki, əgər sentyabrın tempi davam etsə, onda bu il Amerikada ümumilikdə 2 milyon 100 min ev tikilmiş olacaq. Artımın həcmi gözlənildiyindən artıqdır. Təhlilçilərin dediyinə görə bu statistika göstərir ki, maraq faizlərinin çoxalmasına və ev qiymətlərinin qalxmasına baxmayaraq, evlərə təlabat Amerikada böyükdür.