İqtisadiyyat sahəsində Nobel mükafatı laureatları elan edildi

2005-ci il iqtisadiyyat sahəsində Nobel mükafatı bir Amerika və Amerika vətəndaşı olan İsrail aliminə verilib. İsveç kral akademiyası mükafatların qaliblərinin adlarını bu gün Skoqholmda açıqlayıb. Amerikalı Tomas Şellinq və israilli Robert Auman bu yüksək mükafata iqtisadi və digər böhranlar zamanı insanların necə hərəkət etdiyini izah etmək məqsədi güdən “oyun nəzəriyyəsi”nə görə layiq görülüblər. Nobel komitəsi bildirib ki, Tomas Şellinq nəzəriyyənin qlobal təhlükəsizlik və silahlanma kimi olduqca mühüm məsələlərə tətbiq edilməsinə yardım etmişdir. İki alim 1 milyon üç yüz min dollar məbləğində müfakatı bölüşəcək.