Özbəkistan ruhanisi vəfat edib

Özbəkistanın müsəlman ruhanisi Savkət Madumarov həbsxanada vəfat edib. Atasının bildirdiyinə görə, o, həbsdə ikən işgəncələr və öldürücü inyeksiyaya məruz qalıb. Özbək polisi və həbsxana rəsmiləri bu ittihamları rədd edir. Madumarovun ailə üzvlərinin bildirdiyinə görə, 27 yaşlı imam sentyabrın 14-ü, ekstremizm və qeyri-konstitution fəaliyyətlərinə görə 7 il azadlıqdan məhrum edildikdən üç gün sonra vəfat edib. Ailə üzvləri onun sağlam olduğunda israr edir. Məhkəmə prosesi zamanı imam Madumarov qeyri-müəyyən dərmanlarla ona iynələr vurulduğunu demişdi. Mərhumun atası ona HİV virusunun vurulduğundan əmin olduğunu bildirir. İnsan hüquqları qrupları Özbəkistanın səlahiyyətli nümayəndələrini həbsxanalarda işgəncələrə yol verildiyinə görə dəfələrlə tənqid etmişdir.