Ağ Evin yüksək səviyyəli rəsmisi bildirir ki, Prezident Buş Ali Məhkəmədə hakim Sanda Day O’Konnorun yerini əvəzləyəcək şəxsi hələ də müəyyən etməyib. Prezidentin kadrlar heyətinin müdiri Andryu Kardın dediyinə görə cənab Buş hazırda çoxlu sayda namizəd nəzərdən keçirir. Qeyd edək ki, Sandra O-Konnorun başqa bir qadın və ya irqi azlığın nümayəndəsi olan hakimlə əvəzlənməsi ilə bağlı cənab Buşa təzyiqlər göstərilir. Bu gün prezident Buş Ali Məhkəmənin bir neçə hakimi ilə birgə bazar gününün ənənəsi olaraq kilsəyə gedib.