ABŞ hərbi qüvvələri İraqla Suriya sərhəddində əməliyyatlar həyata keçirir

Birləşmiş Ştatların İraqdakı hərbi rəsmiləri bildirdiyinə görə, ABŞ hərbi qüvvələrinin İraqın qərbində, Suriya sərhədi yaxınlığında həyata keçirdikləri əməliyyatları nəticəsində azı 8 yaraqlı öldürülüb. Birləşmiş Ştatların min nəfərdən ibarət əsgəri şənbə günündən bəri sərhəd məntəqəsinin yaxınlığında yerləşən Sadah kəndi və onun ətrafındakı yerlərdən yaraqlıları çıxarmağa çalışır. Qərbin xəbərlər agentlikləri yerli sakinlərə istinadən bildirirlər ki, bazar günü Amerika əsgərləri əməliyyatları daha da şiddətləndiriblər.