Pakistanda vəziyyət mürəkkəb olaraq qalır

Pakistanın Əfqanıstanla sərhəddə yerləşən qaynar bölgəsində iki polis məntəqəsində baş verən atışmalar zamanı ən azı 5 nəfər ölmüş, 6 nəfər isə yaralanmışdır. Təhlükəsizlik qüvvələrinin verdiyi məlumata görə, Şimali Vəziristan əyalətində yerləşən Miranşah bazasına raket hücumları nəticəsində 3 əsgər öldürülmüş, 4-ü isə yaralanmışdır. Daha sonra həmin regionda Pakistan qüvvələri yoxlama postunda iki silahlı şəxsi öldürmüş, ikisini isə həbs etmişlər. Qeyd edək ki, Şimali Vəziristan regionunda Əl-Qaida terror şəbəkəsi ilə əlaqəsi olan militantlar fəaliyyət göstərir.