ABŞ dövlət katibi Kondoliza Rays Amerikanın noyabr ayı seçkilərinə dəstək verdiyini nümayiş etdirmək məqsədi ilə bu gün Haiytiyə səfər edir. Bir günlük səfər çərcivəsində dövlət katibinin BMT-nin sülhməramlı qüvvələri və müvəqqəti hökumətin liderləri ilə görüşü planlaşdıırlıb. Kondoliza Rays həmçinin, prezident Bonifas Aleksandr və baş nazir Gerard Latorti ilə də danışıqlar aparacaq. Haitinin noyabr seçkiləri 2004-cü il prezident Jan Bertrand Aristidi hakimiyyətdən kənarlaşdıran siyasi böhrandan sonra ilk seçki olacaq.