Rusiya prezidenti BMT sanksiyalarının yeni problemlər yarada biləcəyini deyib

Rusiya prezidenti Vladimir Putin İranın BMT-nin Nüvə Agentliyi ilə kifayət qədər əməkdaşlıq etdiyinə inandığını və BMT sanksiyalarının yeni problemlərə gətirib çıxara biləcəyini deyib. Cənab Putinin bu açıqlamaları bu gün Amerikanın televiziya agentlikləri tərəfindən yayımlanıb. Vladimir Putinin bildirdiyinə görə, İran prezidenti Mahmud Əhmədinejad ona deyib ki, o, Britaniya, Fransa və Almaniya ilə müzakirələri davam etdirmək istəyir. Birləşmiş Ştatlar və Avropa Bilryinin bu üç ölkəsi İranı nüvə yanacağı proqramını dayandırmağa razı salmağa çalışır. Qeyd edək ki, Rusiya İranda yeni nüvə elektrik stansiyasının inşasına kömək edir.