BMT islahatlarla bağlı sənədi nəzərdən keçirir

BMT diplomatları qurumda islahatlarla bağlı sənədi nəzərdən keçirirlər. Müzakirələr 170 ölkə liderinin iştirak edəcəyi sammit ərəfəsində aparılır. Qeyd edək ki, BMT-nin baş katibi Kofi Annan cari ilin əvvəvələrində geniş miqyaslı isalhatlar proqramını irəli sürmüşdü. Buraya insan hüuquları komissiyasını əvəz edəcək yeni insan hüquqları şurasının yaradılması və müharibədən sonra ölkələrə yardım edəcək sülhməramlı komissiyasnın təşkili daxildir. Lakin baş katib Annanın bu təklifləri hələ ki, qurumun bəzi üzləri tərəfindən böyük müqavimətlə qarşılanır. Bu gün Kofi Annan ABŞ prezidenti ilə görüşüb, İraq, terrorizm, QİÇS və demokratiyanın yayılması məsələlərini müzakirə edəcək.