Qasırğa ilə bağlı bütün səhvlərin məsuliyyətini federal hökumət öz üzərinə götürüb

Prezident Buş federal hökumətin Katrina qasırğasına cavabı ilə bağlı bütün səhvlərin məsuliyyətini öz üzərinə götürdyünü bildirib. Ağ Ev bildirir ki, prezident Buş cümə axşamı günü Katrina qasırğasının dağıntılar gətirdiyi Luiziana ştatından Amerika xalqına müraciətlə çıxış edəcək. Ağ Evin sözçüsü Skot Makkelan deyib ki, ABŞ prezidenti bərpa səylərindən danışacaq və ictimai rəy sorğularında ona dəstəyin azalması məsələsi üzərində dayanmayacaq. Prezident Buş federal hökumətin Katrina qasırğasına cavabı ilə bağlı tənqidlərin səsləndiyi şəraitdə ictimai rəy sorğularında reytinqinin ən aşağı səviyyəyə düşdüyü haqda xəbərdardır. Yeni Orleanın xəstəxanalarının birində 45 cəsədin aşkar olması ilə Luizina ştatında ölənlərin rəsmi sayının 279-a çatdığı xəbər verilir. Şəhərin bəzi hissəslərinə elektrik enerjisinin verilməsi başlanıb. Su nasosları ilə şəhərdən zəhərli suların çəkilib çıxarılması davam etdirilir. Yeni Orleanın Lui Armstronq hava limanında bu gün bəzi uçuşlar bərpa olub.