Ankaranın Kipri rəsmən tanıması məsələsi üzərində mübahisə yaranıb

Türkiyə və Fransa arasında Ankaranın Kipri rəsmən tanıması məsələsi üzərində mübahisə yaranıb. Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan oktyabr ayı danışqılarından əvvəl heç bir yeni şərtin qəbul edilməyəcəyini bildirib. Cənab Ərdoğan Fransanın baş naziri Dominik De Villepinin Avropa Birliyinin əks təqdirdə, Türkiyənin üzlüyünü qəbul etməyəcini deməsindən narahat olduğunu bildirib. Qeyd edək ki, bu gün Fransanın “Le Monde” qəzeti xarici işlər nazirinə istinadən yazmışdı ki, Türkiyənin Avropa Birliyinə üzvlüyü Kipri tanımasa mümkün olmayacaq.