Beyin funksiyalarını itirmiş qadın bu gün dünyasını dəyişdi

Virciniya ştatının Arlinqton şəhərində beyin funksiyalarını itirmiş qadın bu gün dünyasını dəyişdi. Hamilə olan Syusan Torres 3 ay ərzində həyat funksiyalarını tənzimləyən cihazların köməyi ilə sabit vəziyyətdə saxlanılmışdır. Dünən doğandan sonra Torres zihazlardan ayrıldılmışdır. Milli Tibb İnstitutun tədqiqatçısı, xərçəng xəstəsi, Syusan Torres melanomanın beyinə yayılmasından May ayında iflic olmuşdur. Uşağın doğulmasına şans vermək üçün, Torresin ailəsi onu sağ saxlamaq qərarına gəldi. Qadının bədəni xərçəng xəstəliyin yayılması və embrionun yetişməsi arasında yarışa meydan oldu. 3 aydan sonra, Vircinia Xəstəxana Mərkəzində qeysər kəsiyi yolu ilə Syusan Anne Kathrin Torres adında qız dünyaya gətirildi. Xəstaxananın pediatriya şöbəsinin direktoru Doktor Tilden-Arçer, yeni doğulmuş uşağın sağlam olduğunu bildirmişdir.