Mavritaniya hökuməti hərbiçilər tərəfindən idarə olunacaq

Mavritaniyanın hərbiçiləri prezident Ould-Sid Əhməd Taya hakimiyyətinin devrildiyini bildiriblər. Bəyanat bu gün dövlət orqanı olan mətbuatda yayımlanıb. Ədalət və Demokratiya Hərbi Şurası adlanan qrup ölkənin gələn iki il ərzində hərbiçilər tərəfindən idarə ediləcəyini bəyan edib. Mavritaniyanın dövlət tele-radio şirkəti əsgərlər tərəfindən zəbt edilib. Əsas hökumət binaları hərbi qüvvələrin nəzarəti altındadır. Bu gün prezident sarayı ətrafında atışma səyləri olub. Səudiyyə kralı Fəhdin dəfn mərasimindən qayıdan prezident Taya isə Nigerdə dayanıb. 20 illik hakimiyyəti dövründə prezident bir neçə sui-qəsd cəhdindən xilas olub.