Taliban qiyamçıları 30 nəfəri girov götürüb

Əfqanıstanın cənubundakı Taliban qiyamçıları bildirmişlər ki, onlar əyalətin polis rəisini edam etmiş və hal-hazırda 30 nəfər yerli rəsmini girov saxlayırlar. Talibanların bildirdiyinə görə dini liderlərin tapşırığı ilə onlar bu gün səhər Qəndəhar vilayətinin polis rəisini edam etmişlər. Polis rəisi vilayətin cənubunda Talibanlar tərəfindən cümə günü ələ keçirilmişdi. Qiyamçilar bir binada hələ də 30 nəfəri girov saxlayırlar. Qəndəharın yerli hökumət nümayəndəsi Xalid Paştun deyir ki, rəsmilər girovların neçə nəfər olduğunu dəqiq müəyyənləşdirməyə çalışırlar. Qiyamçılar deyirlər ki, onlar Birləşmiş Ştatların dəstəklədiyi Əfqanıstanın mərkəzi hakimiyyətinə xidmət etdikləri üçün girov götürülüblər. Bunlarla belə qiyamçılar sentyabr ayında keçiriləcək parlament seçkilərinə mane olmaq qərarına gəldiklərini də bildiriblər. Lakin Birləşmiş Ştatlar və Əfqanıstan rəsmiləri deyirlər ki, belə hücumlar seçkilərə və ölkədə yaradılan yeni demokratiyaya mane ola bilməz. Vəzifəsini tərk etməkdə olan Birləşmiş Ştatlar səfiri Zalmay Xalizad isə qarşıdakı mübarizənin çətin olacağını, lakin Talibanların sonda məğlub olacağına inandığını deyib. Koalisiya qüvvələri bildirir ki, son dörd ay ərzində Əfqanıstanda 150 nəfərdən çox qiyamçını məhv ediblər.