Şərq Tərəfdaşlığı ölkələri Vətəndaş Cəmiyyəti forumu bəyanat verib

Şərq Tərəfdaşlığı ölkələri

Şərq Tərəfdaşlığı ölkələrinin Vətəndaş Cəmiyyəti Forumunun Daimi Komitəsi öz bəyanatında Avropa Parlamentinin Azərbaycanlı jurnalist Əfqan Muxtarlının işi ilə bağlı 15 iyun tarixli qətnaməsini müsbət qiymətləndirir.

Gürcüstan, Azərbaycan və Avropa İttifaqının ali rəhbərliyinə ünvanlanmış bəyanatda Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaş cəmiyyəti "Gürcüstan hökuməti tərəfindən oğurlanma faktının ətraflı araşdırılmasını həyata keçirməyə" çağırıb.

Həmçinin, Avropa Parlamentinə qətnamədə adı yad olunan siyasi məhbuslardan başqa, Əziz Orucovun - "Kanal-13" internet televiziyasının Bakı menecerinin qanunsuz sahibkarlıq ittihamı ilə həbsi hadisəsinə də diqqət yetirmək çağırışı yer alır.


Forum həmçinin Azərbaycan hakimiyyətinə İntiqam Əliyevin yüksək arterial təzyiqin müalicəsi üçün xaricə çıxmasına icazə vermək çağırışı ilə müraciət edir.

Bundan başqa, ölkədən çıxışın qadağan olunması onun hüquq müdafiəçisi kimi peşə fəaliyyətini davam etdirməsinə imkan vermir.

2014-cü ildə siyasi motivlərlə həbs olunmuş Əliyev 7 illik cəza müddətinin 24 ayını həbsdə keçirib və 2016-cı ilin martında vaxtından əvvəl şərti azadlığa buraxılıb.