Suriyada Prezident Bəşər Əsədin devrilməsindən üç ay sonra zorakılıqların yenidən başlaması fonunda BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi zorakılıqlara son qoyulmasına və mülki vətəndaşların qorunmasına çağırır.
Geir Pedersen cümə günü, on ildən çox davam edən vətəndaş müharibəsinə gətirib çıxaran Əsəd əleyhinə demokratiya tərəfdarı etirazların başlamasının 14-cü ildönümüdə çağırış edib.
“İslahat üçün çağırış qeyri-adi vəhşiliklə qarşılandı və dövrümüzün ən dəhşətli münaqişələrindən birinə gətirib çıxardı,” Pederson deyib. “Münaqişə insan qəddarlığının ən qaranlıq dərinliklərini ifşa etdi. Ailələr itirdikləri yaxınlarının yasını tutmağa davam edir, icmalar parçalanmış vəziyyətdə qalır, milyonlarla insan evlərindən qoparılmış vəziyyətdə qalır və həddindən artıq çox insan itkin düşənləri axtarmağa davam edir.”
BMT deyir ki, münaqişə nəticəsində Suriyada təxminən 12 milyon insan, o cümlədən 6 milyon qaçqın didərgin düşüb.
Əsəd 2024-cü ilin dekabrında devrilib, amma sabitliyin bərpasına dair ümidlər martın 6-da Suriyanın sahilyanı bölgəsində başlayan ölümcül zorakılıqla səbəbilə sarsılıb. Belə ki, orada təhlükəsizlik qüvvələri keçmiş prezidentə sadiq döyüşçülərlə toqquşub. Nəticədə yüzlərlə insan, o cümlədən çox sayda mülki vətəndaş ölüb.
Döyüşçülər Əsəd ailəsinin də olduğu kimin ölkənin ələvi azlığının üzvləridir. Suriyanın keçid hökumətinin rəsmiləri deyib ki, qüvvələri liman şəhəri olan Latakianın yaxınlığındakı sahilyanı bölgədə üsyan cəhdində Əsədə sadiq döyüşçülər tərəfindən öncədən planlaşdırılan hücuma məruz qalıblar.
Pederesen cümə günü deyib ki, Suriyanın keçid hökuməti ilə Suriya Demokratik Qüvvələri adlanan silahlı qrup arasında bu yaxınlarda əldə olunan razılıqlar “həqiqətən də Suriyanın suverenliyini, birliyini, müstəqilliyini və ərazi bütövlüyünü bərpa edəcək bir şəkildə bir araya gəlməsinin nə dərəcədə vacib olduğuna dair müsbət bir xatırlatmadır.”
O, “etibarlı və inklüziv keçid hökuməti və qanunvericilik orqanının; konstitusiya çərçivəsinin və uzun müddətdə etibarlı və inklüziv konstitusiyanı hazırlamaq üçün prosesin; və həqiqi keçid ədalətinin” yaradılmasına çağırıb.